“Qarabağ” - “Rakuv” oyununun biletləri satışa çıxarılıb
Bakı, 25 iyul, AZƏRTAC
Bakıda Ağdamın “Qarabağ” və Polşanın “Rakuv” komandaları arası keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
Azarkeşlər biletləri “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun “Park Bulvar”dakı fan-şopundan əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]