“Qarabağ” dördhissəli oyunda “Zirə”ni darmadağın edib
Bakı, 15 yanvar, AZƏRTAC
Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Qarabağ” yoxlama oyununda “Zirə” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Azersun Arena”da baş tutan görüş “köhlən atlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Komandalar ikisi 45, digər ikisi isə 25 dəqiqədən ibarət olan dörd hissə oynayıblar.
Ağdam təmsilçisinin heyətində qolları Leandro Andrade, Riçard Almeyda, Redon Cica və Nəriman Axundzadə vurublar.
Qeyd edək ki, “Zirə” qış fasiləsindən sonra ilk matçını yanvarın 22-də Premyer Liqanın XIX turu çərçivəsində “Səbail”ə, “Qarabağ” isə yanvarın 23-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]