“Qarabağ komandası Gəncədən üç xalla dönüb
Bakı, 14 fevral, Elşad Qəzvini, AZƏRTAC
Fevralın 14-də Azərbaycan Premyer Liqasında XXI turun ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün, həm də turun mərkəzi qarşılaşması Gəncədə olub.
Bu matça qədər ilk “üçlük”də qərarlaşan “Kəpəz” lider “Qarabağ”ı qonaq edib. Yeddi tur uduzmayan Gəncə təmsilçisi öz meydanında məğlub olaraq, turnir cədvəlində bir pillə geriləyib. Oyuna gəldikdə, qonaqlar hesabı erkən açıb. Rəşad Sadiqov komandasını hesabda irəli çıxarıb - 0:1. Birinci yarının 45-ci dəqiqəsində isə Namiq Ələsgərov müqavilə ilə məxsus olduğu komandanı məyus edərək, tarazlığı qoruyub. Əfran İsmayılovun 82-ci dəqiqədə kurioz qolu Qurban Qurbanovun yetirmələrinin qələbəyə sevinməsinə səbəb olub.
Beləliklə, hazırda liderliyini davam etdirən ağdamlılar turnir cədvəlində xallarının sayını 44-ə çatdırıb. 32 xala sahib olan “Kəpəz” isə bir pillə geriləyərək, dördüncü sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]