“Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb – YENİLƏNİB
Bakı, 31 iyul, AZƏRTAC
"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, Ağdam klubu səfərdə Bolqarıstanın ÇSKA komandasının qonağı olub.
Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda oynanılan matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. İlk matçda da qolsuz bərabərlik qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən Sofiya təmsilçisi növbəti raunda yüksəlib.
"Qarabağ" isə yoluna Konfrans Liqasında davam edəcək. III təsnifat mərhələsində rəqibdir Ukrayna nəhəngi "Dinamo" (Kiyev) olacaq.
22:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanda ÇSKA və “Qarabağ” arasında cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Qarşılaşmanı belçikalı FIFA referisi Bram van Dril idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu cütün qalibi növbəti mərhələdə İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]