“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
Bakı, 18 iyun, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. Mərasim Bakı vaxtı saat 14:00-da başlayacaq.
Ağdam klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin mümkün rəqibləri 9 cütün qalibi və ilk mərhələdən azad olan 2 komandadır. Belə ki, rəqiblər səpələnməmişlər səbətində yer alan "Riyeka" (Xorvatiya) və "Pafos" (Kipr), "Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS - "Şkendiya" (Şimali Makedoniya), "Levadiya" (Estoniya) - RFS (Latviya), "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq), "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq), "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya), "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya), "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) cütlərinin qalibləri olacaq.
"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütünün qalibi isə “Qarabağ”a rəqib ola bilməz.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 8-9-da və 15-16-da, II raundun matçları isə iyulun 22-23-də və 29-30-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]