“Qarabağ”ın Kiyev “Dinamo”su ilə səfər matçının yeri və hakimləri müəyyənləşib
Bakı, 31 iyul, AZƏRTAC
“Qarabağ”ın UEFA Konfrans Liqasında Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə ilk oyununun yeri, vaxtı və hakimləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Kiyev təmsilçisi müharibə səbəbindən ev oyunlarını başqa ölkədə keçirir.
Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək. Onun köməkçisi isə Yens Maye olacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]