Qax rayonunda polislər qanvermə aksiyasına qoşulublar
Bakı, 1 dekabr, AZƏRTAC
Qax rayonunda könüllü qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasında keçirilən aksiyada yerli idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı polis şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb.
Müayinə nəticəsində sağlamlığı buna imkan verən şəxslər qan vermək üçün aksiyada iştirak ediblər.