Qaxda itkin düşən şəxsin axtarışları davam etdirilir VİDEO
Bakı, 27 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə Qax rayon İlisu kənd sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd olunub ki, məsələ ilə bağlı əlavə məlumat veriləcək.