Qaxda minik avtomobili aşıb, sürücü xəsarət alıb
Qax, 1 dekabr, Rasim İslamoğlu, AZƏRTAC
Qaxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qax rayonunun Turaclı kənd sakini 38 yaşlı Anar Ələkbərov "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yoldan çıxaraq aşıb. Xəsarət alan sürücü təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.