QAZAXISTAN HÖKUMƏTİ MÜASİR HƏBSXANALARIN TİKİNTİSİNƏ VƏSAİT AYIRIR
Nazirin sözlərinə görə, vəsait azadlıqdan məhrum edilmiş Qazaxıstan vətəndaşlarının yeməyinin və saxlanılma şəraitinin yaxşılaşdırılmasına yönəldiləcəkdir. Onun çox hissəsi köhnə həbsxanaların təzədən qurulmasına və yeni həbsxanaların tikintisinə sərf ediləcəkdir. Jumabekov demişdir:”Qazaxıstanda məhbusları saxlamaq üçün beynəlxalq standartlara cavab verən həbsxana yoxdur”. Odur ki, Almatıda, Çimkənddə müasir islah müəssisələri tikmək nəzərdə tutulmuşdur. Bundan əlavə, Qazaxıstanda ölüm cəzasına moratorium qoyulduğundan və ömürlük həbs cəzası tətbiq edildiyindən Pavlodarda ömürlük həbs cəzasına məhkum olunmuş məhbuslar üçün həbsxana tikiləcəkdir.
Hazırda Qazaxıstan həbsxanalarında müxtəlif müddətlərə həbs cəzasına məhkum olunmuş 56 minə yaxın adam saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]