Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb
Astana, 16 noyabr, AZƏRTAC
2025-ci ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstan sahillərində Xəzər dənizində orta dəniz səviyyəsi mənfi 29,31 metr olub və son on səkkiz ildə onun akvatoriyası 36 min kvadratkilometr azalıb.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, “Kazhidromet”in verdiyi məlumatlara görə, bu ilin sentyabr ayında Qazaxıstanın monitorinq stansiyalarının yerləşdiyi şimal-şərq hissəsində orta dəniz səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metr olub.
Keçən illə müqayisədə Xəzər dənizinin səviyyəsi şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr azalıb.
Qazaxıstan daxilində sahil xətti bəzi yerlərdə 30-35 kilometr geri çəkilib.
Ən həssas sahələr Xəzər dənizinin şimal-şərq hissəsi, Ural çayı (Jayık) deltası və Manqistau bölgəsinin sahili hesab olunur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]