Qazaxıstan Prezidenti: Koronavirusu peyvənd yolu ilə məğlub etmək mümkündür
Nur-Sultan, 11 mart, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün Qazaxıstan vətəndaşlarını özlərinin və ətrafdakı insanların sağlamlıqlarını qorumağa çağırıb, koronavirusu yalnız peyvənd yolu ilə məğlub etməyin mümkünlüyünü bildirib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının sözlərinə görə, tam bir il əvvəl ÜST pandemiyanın başladığını elan etdi və bu müddət ərzində Qazaxıstan da bütün dünya kimi bir çox çətinliklərdən keçdi. Ancaq bu məkrli xəstəlik hələ də böyük bir təhlükə yaratmağa davam edir.
Xatırladaq ki, ölkədə fevralın 1-dən Rusiyanın "Sputnik V" peyvəndinin kütləvi vurulmasına başlanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]