Qazaxıstan vətəndaşları bu ölkənin aviaşirkətləri vasitəsilə BƏƏ və Qətəri tərk edirlər
Astana, 25 iyun, AZƏRTAC
İyunun 25-də Qazaxıstanın SCAT və “Air Astana” aviaşirkətləri sərnişinlərin təxliyəsi üçün Dubay və Dohadan Almatı və Astanaya 6 reys həyata keçirir.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Yaxın Şərqə uçuşlar hələ də altı ölkənin (İran, İsrail, İraq, İordaniya, Suriya və Livan) hava məkanından yan keçməklə həyata keçirilir.
Məsələn, “Air Astana” aviaşirkəti iyunun 25-dən Dubaydan Almatı və Astanaya, həmçinin Dohadan Almatıya reyslərə start verib. Aviaşirkət əvvəllər ləğv edilmiş reyslərdən sərnişinlərin təxliyəsi üçün əlavə repatriasiya uçuşları təşkil edəcək.
SCAT aviaşirkəti vətəndaşları Qətərdən təxliyə etməyə başlayıb. Doha-Almatı marşrutu üzrə ilk reys bu gün həyata keçirilib. İyunun 25-də Qazaxıstan vətəndaşları Doha-Astana reysi ilə də uça biləcəklər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]