Qazaxıstan XİN: Xəzər dənizinin dayazlaşması məsələsi heç vaxt gündəmdən çıxmayıb
Astana, 9 iyun, AZƏRTAC
Xəzəryanı ölkələrin xarici işlər nazirləri, eləcə də müvafiq sahələri təmsil edən ekologiya, enerji və yerli idarəetmə qurumlarının nümayəndələri vaxtaşırı olaraq Xəzər dənizi ilə bağlı geniş spektrli məsələləri müzakirə edirlər.
Bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı AZƏRTAC-ın sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Xəzər dənizi logistika imkanlarının inkişafı baxımından əhəmiyyətli potensiala malikdir və beş sahilyanı ölkənin hər biri üçün mühüm rol oynayır.
A. Smadiyarov vurğulayıb ki, Xəzərin dayazlaşması məsələsi heç vaxt gündəlikdən çıxmayıb: “Alimlər Xəzər dənizinin suyunun azalması məsələsi üzərində işləyirlər. Hazırda konkret olaraq hansı tədqiqatların aparıldığını deyə bilmərəm, lakin bu məsələ bizim üçün olduqca önəmlidir”.
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]