Qazaxıstanda ilk AES-in tikintisi azı 14 milyard dollara başa gələcək
Astana, 27 iyun, AZƏRTAC
Qazaxıstanın Almatı vilayəti Jambıl rayonunun Ulken kəndində tikintisi planlaşdırılan 2,4 QVt gücündə ilk Atom Elektrik Stansiyasının (AES) dəyəri azı 14 milyard dollar təşkil edəcək.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə respublikanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat verib.
O qeyd edib: “Qiymət texniki-iqtisadi əsaslandırma əsasında müəyyən ediləcək. İndi bizdə vendorların müsabiqə prosedurlarında iştirakının bir hissəsi kimi təqdim etdikləri göstərici parametrlər var. Biz onları indi elan edə bilmərik, çünki tenderdə iştirakla bağlı məxfilik müqavilələrlə qorunur. Amma ümumilikdə, dünya təcrübəsinə əsasən, bu səviyyəli stansiyanın qiyməti azı 14 milyard dollardır”.
Xatırladaq ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri müəyyən edilib.
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]