Qazaxıstanda neft hasilatı cari ildə artırıla bilər
Nur-Sultan, 6 mart, AZƏRTAC
Qazaxıstan 2020-ci ilin yekunlarına görə 68,5 milyon ton neft ixrac edib. 2021-ci ildə isə plan 67,5 milyon ton təşkil edir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan energetika naziri Nurlan Noqayev bildirib ki, ötən ilin yekunları üzrə Qazaxıstanın neft və kondensat hasilatının həcmi 85,7 milyon ton təşkil edib. İlin yekunlarına görə, Qazaxıstanda neftin emal həcmi 15,8 milyon ton təşkil edib və 2021-ci il üçün neft emalı planı 17 milyon ton nəzərdə tutulub.
Ötən ilin yekunları üzrə ölkənin neft məhsulları istehsalının həcmi 11,5 milyon ton təşkil edib. Plan 2021-ci ildə 12,4 milyon tondur.
Bundan başqa, 2020-ci ildə COVID-19 pandemiyası neft qiymətlərinə təsir göstərib və “OPEC+” razılaşması çərçivəsində neft hasilatının məhdudlaşdırılmasına, uran hasilatının azalmasına da gətirib çıxardı.
Xatırladaq ki, “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 14-cü iclasda mart ayı üzrə istehsal kvotalarının aprel ayında da davam etdirilməsi təsdiqlənib, Rusiya və Qazaxıstanın istehsalı müvafiq olaraq gündəlik 130 və 20 min barrel artırmasına icazə verilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]