Qazaxıstanda təqribən 150 qədim kurqan aşkarlanıb
Astana, 26 avqust, AZƏRTAC
Qərbi Qazaxıstan vilayətində 150-yə yaxın kurqanın - qədim antik dövrün abidələri olan qəbir təpələrinin yerləşdiyi unikal arxeoloji məkan aşkarlanıb.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, kurqanlardan biri öz ölçüsü ilə heyran edir: onun xəndəyinin eni 140 metrə çatır. Arxeoloqların fikrincə, burada xüsusi statusa malik insan dəfn oluna bilərdi. İlkin məlumatlara görə, məskunlaşma hələ erkən Dəmir dövründə mövcud olub.
Kurqanların forması da qeyri-adidir: onların arasında təkcə düzbucaqlılar deyil, həm də halqavari olanlar, həmçinin iki halqadan düzəldilmiş də var. Belə məzarlıqlar unikaldır və bölgənin tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]