Qazaxıstanda vətəndaşlığa qəbul zamanı dövlət dili üzrə tələblər dəyişdirilib
Astana, 26 avqust, AZƏRTAC
Qazaxıstanda vətəndaşlığa qəbul və ya vətəndaşlığın bərpası zamanı dövlət dilinə ibtidai səviyyədə yiyələnmək, Qazaxıstan Respublikası Konstitusiyasının əsasları, həmçinin ölkə tarixi üzrə bilik səviyyəsi ilə bağlı dəyişikliklər edilib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, vətəndaşlığa qəbul və ya vətəndaşlığın bərpası zamanı dövlət dilinə ibtidai səviyyədə yiyələnmə göstəricisi ən azı 15 bal, Qazaxıstan Respublikası Konstitusiyasının əsasları üzrə azı 20 bal, Qazaxıstan tarixi üzrə isə minimum 15 bal müəyyən edilib.
Bundan əvvəl dövlət dilini ibtidai səviyyədə bilmək üzrə azı 36 bal, Konstitusiyanın əsasları üzrə isə minimum 9 bal tələb olunurdu.
Əmr 26 avqust 2025-ci ildən qüvvəyə minir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]