Qazaxıstanla Türkiyə arasında 2 milyard dollarlıq müqavilələr imzalanıb
Astana, 12 avqust, AZƏRTAC
Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparovun Türkiyəyə səfəri zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında razılaşmalar əldə edilib.
AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Ankara Ticarət və Sənaye Palatasında keçirilən görüşdə 1,9 milyard dollar dəyərində 7 sənəd və 80 milyon dollar dəyərində ət tədarükü üzrə ticarət müqavilələri imzalanıb.
Sənədlər tərəvəz anbarlarının, kənd təsərrüfatı üçün xidmət müəssisələrinin, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikintisi sahəsində əməkdaşlığı, həmçinin heyvandarlıq məhsullarının Türkiyə bazarına tədarükünü özündə ehtiva edir.
Nazirin sözlərinə görə, son illər ölkələr arasında ticarət göstəricilərinin davamlı artımı müşahidə olunur: “2023-cü ilin yekunlarına əsasən, aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsi 13 faiz artaraq 325 milyon dollar təşkil edib”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]