Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələ dünyanın turizm mərkəzlərindən birinə çevrilir

Qəbələ, 8 yanvar (AZƏRTAC). Yeni 2014-cü ilin başlanğıcında - yanvarın 3-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin istifadəyə verilməsi, kompleksin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ölkəmizin bu əsrarəngiz turizm məkanının daxili potensialından səmərəli istifadəyə dövlət səviyyəsində yüksək qayğı və diqqət göstərildiyini bir daha təsdiq edir.

Hələ 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyev Qəbələdə səfərdə olarkən bu diyarın gözəlliyinə məftun olduğunu bildirmiş və Qəbələ gecələrini İsveçrə gecələrinə bənzətmişdi. Həmin vaxtdan da bu diyarın çiçəklənməsinin bünövrəsi qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin də iqtisadiyyatı sürətlə inkişaf edir. Belə vüsətli inkişaf və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır.

Bu gün Qəbələ şəhərinin yaxınlığında eyni vaxtda 2000-dən çox qonağı qəbul etmək imkanına malik olan 4 ədəd beşulduzlu otel mövcuddur. Rayonda rahat şəkildə təbiət qoynunda ailəvi istirahət etmək üçün, həmçinin kiçik otellər, bir neçə istirahət mərkəzi və turist bazası da fəaliyyət göstərir. Bölgənin füsunkar təbiəti, təbii resursları, insan potensialı və qonaqpərvərliyi, yüksək səviyyədə xidmət də Qəbələni gözəl bir məkana çevirmişdir.

Qəbələdə turizm və istirahət komplekslərinin müxtəlifliyi nəticəsində bu gün rayonun ərazisində kasıblar da, zənginlər də istirahət edə bilərlər. Burada bir günlük istirahətin qiyməti yerindən və xidmətlərin səviyyəsindən asılı olaraq 20 manatdan 500 manatadək dəyişir. Hər kəs öz cibinin imkanlarına uyğun məkan seçə bilər. Hətta şəxsi maşını olanlar üçün dağlıq ərazilərə səyahət də mümkündür.

Məşhur “Şabalıd meşəsi”, mənzərəli Vəndam, Qəmərvan, Yengicə, Nohurqışlaq, Bum, Həmzəli, Durca, Bunut, Nic kəndləri turistlərin ən çox səfər etdikləri məkanlardandır. Həmçinin rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay və digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir. Regionun bitki və heyvanat aləmi qeydi-adi dərəcədə zəngindir. Qəbələnin meşələrində və dağ otlaq sahələrində marala, qabana, boz dovşana, ayıya, canavara, tülküyə, çoxlu sayda nadir quşlara - qırqovula, kəkliyə, turaca və digərlərinə rast gəlmək olar. Mövsüm vaxtı dağlarda vəhşi quşların bolluğu rayona çox sayda ovçu cəlb edir.

Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar 2008-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və həmçinin yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır. Bu dövlət proqramlarının uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüş, işsizlərin sayı minimuma enmişdir. Həmçinin Qəbələdə istehsalın planlı şəkildə aparılması da turizm sənayesinin inkişafı ilə bağlıdır.

Qəbələnin turizm obyektləri hər il nüfuzlu sərgilərə, beynəlxalq səviyyəli ixtisaslaşdırılmış yarmarkalara qatılır və dünya bazarında öz məhsullarını nümayiş etdirir. Rayonun turizm sektorunda çalışan peşəkarlar yaxşı bilirlər ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı nümunələrini daha çox xoşlayırlar, hansı servisə üstünlük verirlər.

Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir.

Bölgənin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətli, illik yağıntı cənubda 500-600, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrədək olur. Bu amillər rayonda yay və qış turizminin inkişafına əlverişli imkanlar açır.

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Tarix-diyarşünaslıq muzeyində bu diyarın qədimliyini əks etdirən yüzlərlə eksponat, tarixi maddi-mədəniyyət nümunələri Qəbələ haqqında tam təəssürat yaradır. Nağıllar aləmini xatırladan muzeyə daxil olan kimi açıq səma altında Qəbələnin daşyonma sənəti nümunələri ilə rastlaşmaq olur. Muzeydə insan özünü qədim dövrlərdəki kimi hiss edir. Hazırda muzeydə 12 mindən çox tarixi-elmi əhəmiyyətə malik əşya saxlanılır. Bütün bu nümunələr Qəbələnin 2500 illik tarixinin əyani sübutudur. Şanlı keçmişə malik olan Qəbələnin hansı daşını tərpətsən, haraya ayaq bassan orada min illər bundan əvvəlki tariximizin izlərini görmək olar.

Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən və qüdrətli Alban dövlətinin 900 il ərzində paytaxtı olmuş qədim Qəbələni tarixçilər əfsanəvi Babil, Troya, Pompey kimi şəhərlərə bənzədirlər. Qədim Qəbələ şəhərini əhatə edən qala divarlarının qalıqları rayonun Çuxur Qəbələ kəndindədir. Qala bişmiş kərpicdən, çay və karxana daşlarından tikilmişdir. Qazıntı zamanı orada çoxlu divar və döşəmə qalıqları, ocaq yerləri, təndirlər, dulusçu kürələri, həmçinin sümük və daş əşyalar, qədim mis pullar tapılmışdır. Çuxur Qəbələ Dövlət Tarix Mədəniyyət Qoruğunun 480 hektar ərazisi vardır. Qoruq dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Bundan əlavə, rayonun Böyük Əmili və Nic kəndlərində alban məbədləri, Bum qəsəbəsində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Həzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri turistlərin böyük marağına səbəb olan abidələrdəndir. Nazirlər Kabinetinin qərarı ilə rayonun ümumilikdə 93 tarixi mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülmüşdür. Onlardan biri, qədim Qəbələ şəhərinin qalıqları dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir. Səkkiz memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri isə yerli əhəmiyyətlidir.

Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük marağına səbəb olur. Müasir Qəbələ geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir. Arxitekturası gündən-günə dəyişən və gözəlləşən müasir Qəbələ Azərbaycanın əsas turizm məkanlarından biri sayılır.

Qəbələnin son illər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır. Şəhərin Heydər Əliyev adına Konqres Mərkəzində hətta dövlət başçıları səviyyəsində zirvə görüşlərinin keçirilməsinə yaradılmış şərait dünya standartlarının bütün tələblərinə tam cavab verir. Təsadüfi deyildir ki, 2013-cü il avqustunda Qəbələ Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilmişdir.

Ənənəvi Qəbələ beynəlxalq musiqi festivalının sorağı da bu gün dünyanın hər yerinə yayılmışdır. Festivala hər il məşhur musiqiçilər və bəstəkarlar, tanınmış ifaçılar toplaşırlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Hər il Qəbələ rayonunda turizm mövsümünə rəsmən iyunun 15-də başlanılsa da, demək olar ki, mayın ortalarından etibarən turistlərin bu diyara intensiv axını müşahidə olunur.

Qəbələ özünəməxsus, dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır.

Qəbələnin özəlliklərini sadalamaqla qurtarmaz. Burada həm böyüklərin, həm də uşaqların istirahət etməsi, əylənməsi üçün hər cür şərait vardır.

Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Tədris mərkəzində mehmanxana inzibatçısı, mühasib-fərdi kompyuter, barmen-bufetçi-xörəkpaylayan, aşpaz qənnadçı ixtisası üzrə kadrlar hazırlanır.

Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Son 7 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 19-a çatmışdır. “Qafqaz” brendi altında fəaliyyət göstərən beşulduzlu otellər, o cümlədən “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır. “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”, “Gilan”, “Qəbələ” otel və istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və bu məkanlarda qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Gün ərzində bu obyektlərdə, ümumilikdə, 2500-ə yaxın qonağa milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilə bilir. Bundan əlavə, turistlər “Qəbələnd” istirahət və əyləncə mərkəzinin, otellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də bəhrələnirlər.

Hazırda rayonun ərazisində inşa edilən “Aquapark” istirahət və əyləncə və “Golf Resort” idman və istirahət mərkəzləri də gələcəkdə rayona daha çox turistin cəlb olunmasına xidmət edəcəkdir.

Çoxsaylı otellər, “Beltmann” piano fabriki, Stend və Ox Atıcılığı Kompleksi, Atçılıq Mərkəzi, “Qəbələ” İdman Klubunun Uşaq Futbol Akademiyası, stadionlar kompleksi, Qəbələ Mədəniyyət Mərkəzi bölgənin mədəniyyət, turizm, idman infrastrukturunda mühüm yer tutur.

Hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Gilan-Turizm” MMC-nin təşkilatçılığı ilə Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı infoturların təşkili, yerli və xarici turizm şirkətlərinin nümayəndələrinin bu məkanla yaxından tanış olması bölgədə turizmin daha sürətlə inkişafına təkan verir.

Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçmişdir. Turist axınının artmasına səbəb olan amillərdən biri də əvvəlki illərlə müqayisədə otel və restoran xidmətlərinin qiymətlərində endirimlərlə bağlıdır. Qiymətlərin aşağı düşməsinə səbəb isə rayonda turizm obyektlərinin çoxluğu və onların arasındakı rəqabətlə əlaqədardır.

Qəbələ təbii şəraitinin zənginliyi və qədim tarixi ilə ilin bütün fəsillərində dünyanın bütün guşələrindən turistləri özünə cəlb edir. Hazırda Azərbaycanın gözəl təbiəti məşhur olan Qəbələdə qış turizmi sürətlə inkişaf etdirilir. Görülən işlərin nəticəsidir ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkəmizdə bir həftə davam edən bayram tətili günlərində Qəbələdə istirahət edən turistlərinin sayı xeyli artmışdır. Həmin günlərində rayona qarın yağmasını fürsət bilərək Qəbələyə gələn yerli və xarici turistlərin ixtiyarına yeni əyləncə mərkəzi və attraksionlar verilmişdir. Əsasən də hava şəraitinə uyğun gəzinti və ekskursiyalar, qayıqla balıq ovu və qış fəsli üçün ən maraqlı olan qarlı havada motorlu xizəklərdə gəzinti təşkil olunmuşdur.

Qəbələyə gələn yerli turistlərlə yanaşı, əcnəbilərin də sayı çox olmuşdur. Məlumata görə, bir həftə ərzində rayona 4 minədək turist gəlmişdir.

Rayonda istirahət edən xarici turistlərdən Malayziya vətəndaşı Patrisa Seva, hindistanlı Coco Aburahman, iranlı Anita Şərifi, ukraynalı İvanna Kovalenko, turkiyəli Azmi Bostan, rusiyalı Olqa Koroleva Qəbələ ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşmüşlər. Onlar Qəbələdə turizm sektorunun sürətlə inkişaf etdiyini, bu sahəyə böyük sərmayə qoyulmasının şahidi olduqlarını bildirmişlər. Turistlər öz ölkələrində Qəbələ haqqında, xüsusən də burada keçirilən beynəlxalq musiqi festivalları, idman yarışları, konfranslar barədə çox eşitdiklərini, 2013-cü ildə Qəbələnin MDB-nin mədəniyyət paytaxtı kimi bir sıra tədbirlərə ev sahibliyi etməsi barədə məlumatlı olduqlarını söyləmişlər.

Qəbələdə ləziz yeməklərin dadına baxan turistlər bu rayondakı turizm obyektlərində gözləmədikləri yeniliklərin şahidi olduqlarını bildirmişlər. Onların yekdil rəyləri belə olmuşdur: “Qəbələnin gözəl təbiəti, buradakı beşulduzlu otellər kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət bizdə xoş təəssüratlar yaratmışdır. Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada istirahət edirik, müxtəlif əyləncə mərkəzlərinin imkanlarından bəhrələnirik”.

Bir sözlə, bu gün qədim Qəbələ özünün ikinci gənclik dövrünü yaşayır və tədricən keçmiş şöhrətini özünə qaytarmaqdadır.

Şahnəzər Bəşirov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb

Qubadlıda ilk su elektrik stansiyası tikilir

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat