“Qəbələ” futbol klubu Polşa hazırlığına start verib
Bakı, 17 iyul, AZƏRTAC
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” futbol klubu Polşaya yollanıb.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Varşavada ilk məşqə çıxıblar. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirirlər. Futbolçular toplu və topsuz təmrinləri icra ediblər. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.
Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya”-“Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]