“Qəbələ” komandası “Sumqayıt” üzərində çətin qələbə qazanıb
Bakı, 14 fevral, Elşad Qəzvini, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasının XXI turunda günün ikinci matçı oynanılıb.
AZƏRTAC xəbər verir ki, liderlər qrupunda qərarlaşmış “Qəbələ” evdə “Sumqayıt” komandasını qəbul edib. Meydan sahibləri liderlərdən uzaqlaşmamaq üçün çətinliklə də olsa, rəqibindən üç xalı qazana bilib. “Qəbələ” əsasən müdafiə futbolu oynayan “Sumqayıt”ın birinci hissədə qapısına yol tapa bilməyib. Roman Qriqorçukun yetirmələri ikinci hissənin 69-cu dəqiqəsində Ermin Zetsin vurduğu yeganə qolla “Sumqayıt” üzərində qələbəni rəsmiləşdirib - 1:0. Matçın sonlarında Samir Abasovun komandasının oyunda tarazlığı bərpa etmək şansı olsa da, bu imkanı qola çevirə bilməyiblər.
Beləliklə, bu qələbə sayəsində “Qəbələ” 33 xal toplayaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Səkkizinci pillədə 18 xala sahib olan “Sumqayıt”ın isə mövqeyi dəyişməyib. Tura sabah “Zirə” - “Rəvan” komandaları arasında oynanılacaq son qarşılaşma ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]