Qəbələ rayonu üzrə 17 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb
Bakı, 23 avqust, AZƏRTAC
2022-2023-cü tədris ilində Qəbələ rayonunun 53 nömrəli tam orta məktəbinin 1220 nəfər məzunu olub. Həmin məzunlardan 36-sı fərqlənmə attestatına layiq görülüb. Bu il buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən rayon üzrə 17 məzun 600-dən çox bal toplayıb.
Bu barədə AZƏRTAC-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Ən yüksək nəticəni Şirvan Bulqədirov adına şəhər 5 nömrəli tam orta məktəbin məzunu Nurgül Əhmədova (673 bal) əldə edib. O, eyni zamanda, region üzrə ən yüksək nəticə göstərib. Qəbələ rayonundakı Ə.Abdurahmanov adına şəhər 3 nömrəli tam orta məktəb, N.Apayev adına şəhər 4 nömrəli tam orta məktəb, Ş.Bulqədirov adına şəhər 5 nömrəli tam orta məktəb, Vəndam qəsəbə 1 nömrəli tam orta məktəb, Bum qəsəbə tam orta məktəb ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən təhsil müəssisələri sırasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]