Qəbələ-Xankəndi ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub




Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən Qəbələ-Xankəndi ultramarafonunda ikinci mərhələyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ultramarafon iştirakçıları Ağdaşdan Bərdəyə 65 kilometr məsafə qət ediblər.
Kişilər arasında bu mərhələnin də qalibi türkiyəli atlet Üzeyir Söyləməz olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, onun həmyerliləri Ömər Alkanoğlu və Murat Kaya tutublar.
Qadınların mübarizəsində isə ukraynalı Olena Snuçkenka bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Türkiyəli Hasibe Deniz ikinci, rusiyalı Maria Kolpakova üçüncü olub.
Qeyd edək ki, ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [20:19]
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
- 22.04.2025 [20:08]
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri məlum olub
- 22.04.2025 [17:36]
UEFA “Çelsi” ilə oyundan sonra Polşa klubunu cəzalandırıb
- 22.04.2025 [16:50]
“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb
- 22.04.2025 [16:42]
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
- 22.04.2025 [16:20]