Qəbələdə 20 Yanvar faciəsi ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Qəbələ, 20 yanvar (AZƏRTAC). Qəbələ rayonunda 20 Yanvar faciəsinin 23-cü ildönümü - Ümumxalq Hüzn Günü geniş qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Qəbələ şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi qarşısında anma mərasimi keçirilmişdir. Qəhrəman oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların müqəddəs ruhuna dualar oxunmuşdur.
Tədbirdə çıxış edənlər 23 il əvvəl sovet ordusu tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.
Ümumiyyətlə, faciənin 23-cü ildönümü ərəfəsində rayonun bütün idarə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, mərkəzi rayon kitabxanasında, təhsil müəssisələrində “dəyirmi masa”lar, yığıncaqlar təşkil edilmiş, məktəblərdə faciəyə həsr olunmuş dərslər keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]