Qəbələdə özbaşına aparılan hasarlama işlərinin qarşısı alınıb
Qəbələ, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları Qəbələ ərazisində özbaşına aparılan tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqləri davam etdirirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, növbəti monitorinq zamanı rayonun Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsinin mühafizə zolağında vətəndaş tərəfindən özbaşına aparılan hasarlama işlərinin qarşısı alınaraq ərazi boşaldılıb.