Qəbələdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb
Bakı, 30 iyun, AZƏRTAC
Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, reyd zamanı Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə iki “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobillərin yük yerində qanunsuz yolla əldə edilmiş 12 kubmetr həcmində fıstıqcinsli içlik meşə materialı aşkarlanıb və sənədləşmə işləri aparılıb. Qeyd edək ki, qanun pozucuları barəsində qanunauyğun tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon hüquq mühafizə orqanına göndəriləcək.
Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və sərt mübarizə aparılması məqsədilə nazirlik tərəfindən digər rayonlarda da reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]