Qədir Xəlilov: Yüzlərlə tələbəni birləşdirən ASAP fəaliyyətini gələcəkdə də davam etdirəcək
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birinci hesabat seçki konfransında iştirak etdik. Artıq üç ildir ki, fəaliyyət göstərən bu platforma kifayət qədər böyük işlər görüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gənclər Fondunun icraçı direktor vəzifələrini icra edən Qədir Xəlilov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin gənclər strategiyasına uyğun olaraq görülmüş bu işlər həm Azərbaycanda, həm də xaricdə yaşayan, tələbə olan gəncləri əhatə edən layihələr üzərində qurulub.
“Bu platforma tələbələrimiz və məzunlarımız arasında şəbəkələşmənin qurulmasına xidmət edir. Eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə də biz ASAP-ın kifayət qədər böyük işlər gördüyünün şahidi olduq. Bu illər ərzində yüzlərlə tələbəni birləşdirən ASAP gələcəkdə də fəaliyyətini bu formada davam etdirəcək. Biz də Gənclər Fondu olaraq ASAP-a həmişə dəstəyimizi veririk”, - deyə Qədir Xəlilov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]