“Qələbəyə doğru irəli” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru irəli” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BŞTİ-nin və paytaxtın bir çox ümumtəhsil məktəblərinin təmsilçiləri, Xocalı sakinləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə iştirakçılar Xocalı hadisələrindən bəhs edən filmə və klipə baxmışlar.
Bakı məktəblilərinin ifasında şeirlər səsləndirilmiş, pantomim rəqslər göstərilmişdir.
Xocalıdan məcburi köçkün Murad Şükürov tədbirdə şahidi olduğu hadisələrdən, erməni vandallarının vəhşiliklərindən danışmışdır. Xocalıda dinc əhaliyə qarşı törədilən misli görünməmiş qəddarlığın heç vaxt qan yaddaşımızdan silinməyəcəyini bildirən M.Şükürov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Xocalı soyqırımının dəhşətlərinin dünya ölkələrinə çatdırılması istiqamətində ardıcıl işlər görülür.
Tədbirdə tezliklə dünya ictimaiyyətinin haqq səsimizi eşidəcəyinə və faciəyə beynəlxalq səviyyədə hüquqi qiymət veriləcəyinə inam ifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]