Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Yurd nisgilinə son qoyulacağına inanırıq

Qərbi azərbaycanlı: Yurd nisgilinə son qoyulacağına inanırıq

Gəncə, 18 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Güllü, Arxac dərələri, Yumrutəpələr, Bala yoxuş, Böyük yoxuş, Qoruqçu qayası, Qoşunalının qoruğu, Qaya, Nazlı, Qanqallı, Novçalı, Pirənni, Maral bulaqları... Sayı 60-a yaxın olan bu türk mənşəli toponimlər qədim oğuz yurdu olan Göyçə mahalının sadəcə bir kəndinə, Güneyə aiddir. Kənd Basarkeçər rayonundan 25 kilometr şimal-qərbdə, Basarkeçər-Çubuxlu yolunun üstündə yerləşir. Kiçik Qafqaz sıra dağları cərgəsindəki Güney dağ silsiləsi ilə Göyçə gölü arasındakı düzənlik zolağında, soldan “İtkəlləsi” yüksəkliyi, sağdan "Qoca dağ" zirvəsinın ətəyində olan yaşayış yeri 1988-ci ilədək ancaq öz həqiqi sahiblərinin, azərbaycanlıların yurd yeri olub.

Qərbi Azərbaycan ərazisində azərbaycanlıların sonuncu deportasiyası zamanı ermənilər tərəfindən Güneyin doğma qoynundan zorla çıxarılan sakinlərdən biri olan 54 yaşlı Ceyran İbrahimova AZƏRTAC-ın bölgə müxbirinə Göyçə gölünün sahilindəki kəndin əsl türk eli olduğuna dair çox məqamlardan söz açıb. Deyir ki, əvvəlki adı Sədənağac olan yurd yerinin azərbaycanlıların dədə-baba torpağı olmasını türk mənşəli toponimlərlə yanaşı, qədim qəbirlərin olduğu qəbiristanlıq, Babalılar, Çəkməlilər, Hüsənlilər, Mirzalılar və digər tayfaların adları da sübut edir.

“Mən belə bir eldə anadan olmuşam. Atam Məcnun İbrahimov kəndimizin məktəbində müəllim, direktor, sonralar Basarkeçər rayon Xalq Maarifi Şöbəsində müdir, rayon partiya komitəsinin II katibi, Şişqaya kənd orta məktəbinin və Basarkeçər rayonundakı gecə məktəbinin direktoru vəzifələrində işləyib. Kəndimiz atam kimi çox sayda ziyalılar yetişdirib. Məktəbimizdəki savadlı müəllimlərin içərisində elmlər namizədi də var idi”, - deyən Ceyran İbrahimova bildirir ki, yetişən nəsillər kitaba, təhsilə marağı bu müəllimlərdən öyrəniblər.

150-yə yaxın evin yerləşdiyi Güney kəndinin əhalisi çox zəhmətkeş olub. Burada təbiətin səfalı, torpağın münbit olması insanlara əkinçilik, tütünçülük, maldarlıqla məşğul olmağa imkan yaradıb. Kənddə demək olar ki, bir çox evdə hanalar da olub. Bu hanalarda biri-birindən gözəl xalçalar toxunub. “Ev və təsərrüfat işləri, 12 övladına baxmaqla yanaşı, anam xalça da toxuyardı. Mən də ona kömək edər, həm də bu işi öyrənərdim. Əriş və arğac ipliklərin toxuculuq dəzgahında bir–birinə ardıcıl toxunması nəticəsində əmələ gələn xalçalarda təbiətin rəngləri, qədim türk inanclarına aid naxışlar insanı valeh edərdi. Bu da azərbaycanlıların kökünün necə qədimə dayandığını sübut edir”, - deyə müsahibim söyləyir.

O, doğma kənddə keçən bayramları, toyları da yadına salır. Deyir ki, Novruz bayramında baharın ətrini daha yaxşı hiss etmək üçün evlərdə təmizlik işi aparılıb, bol nemətli süfrələr açılıb, insanlar bir-birini qonaq edib: “Axır çərşənbədə 7 löyün yemək, fəsəli, qatlama, kətə kimi şirniyyatlar hazırlanırdı, soğan qabığı ilə yumurta boyanırdı. Uşaqkən lopa yandırıb, bacadan qurşaq sallayıb, qapı pusurduq, bayram payımızı alırdıq. Ən çox boyalı yumurta toplayan öyünürdü. Hava soyuq olurdu, buna baxmayaraq əlimizdə vedrələr su səpərdik. Qədim türk dastan və miflərində suyun önəmi böyük olub. Biz də su ilə sanki sağlamlaşırdıq”.

Qərbi azərbaycanlı o günlərin yaddaşına ən gözəl xatirələrlə yazıldığını deyir. El adətləri güneyliləri bir-birinə daha da sıx bağlayıb. “Xıdır Nəbi bayramında öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılırdı. Bayramın əsas atributları qovrulmuş buğda və qovud hesab olunurdu, xonça hazırlanırdı, çıraq yandırılırdı. Toylarımızda aşıqlar, zurnaçılar olardı, şabaş yığar, yallı gedər, soyutma siqa balığı, milli xörəklərimizdən dadardıq”, - deyə Ceyran İbrahimova vurğulayır. Güney sakinləri təbiətə çox bağlı olublar, onun qoynunda zaman keçirməkdən zövq alıblar. “Yayda Göyçə gölünə çimməyə gedirdik. Yaylağa çıxırdıq, dağı, dərəni izləməkdən doymurduq. Çaytikanı, çaşıq və sair faydalı bitkilər toplayırdıq. Yadımdadır ki, ermənilər kəndə bu bitkilərdən, tərəvəz və mal-qara almağa gəlirdilər. Qiymətdə cığallıq edirdilər, azərbaycanlıları aldatmağa çalışırdılar. Bizə nifrətlə baxıb, “Türkün uşaqları, kənara çəkilin” dediklərini xatırlayıram. Rayon mərkəzinə gedən gənclərimizi də davaya təhrik edirdilər”, - deyə Qərbi azərbaycanlı bildirir.

Onun sözlərinə görə, ermənilərin Güneyin sahiblərini daha öncə deportasiyaya məruz qoyması barədə atasından eşidib. Sonradan özü də təkrarlanan tarixin canlı şahidinə çevrilib. “Atam onların bizə qarşı məkrli olduğunu deyirdi. Bu məkr özünü 1988-ci ilin sonlarına yaxın lap çox büruzə verməyə başladı. Qəsdən qəzalar törədib insanları canından edirdilər, kəndlərə ərzaq gətirilməsinə imkan vermirdilər. Bizdə də vəziyyət eyni idi. Rayon mərkəzinə gedib-gələ bilmirdik, təcrid olunmuşduq. Sonda daşnaklar gəlib kənddən çıxmalı olduğumuzu, yoxsa bizi öldürəcəklərini dedilər”, – deyən Ceyran İbrahimova bildirir ki, sakinlər doğma yurdlarını tərk etmək istəməyiblər. Bunun üçün əllərindən gələni ediblər: “Atam rəhmətə getmişdi, onun qəbri, ev-eşiyimiz, varımız-yoxumuz kəndimizdə idi. Bütün kişilər evlərə keşik çəkirdilər, lakin əli silahlı ermənilərə qarşı dinc əhali nə qədər duruş gətirə bilərdi ki? Ermənilər neçə nəfəri vəhşicəsinə döymüşdülər. Məcbur olub, quru canımızı götürüb, kəndimizdən çıxmalı olduq. Biz Göygölə sığındıq. Qaçqın adı qazandıq, çox çətin günlər yaşadıq”.

Müsahibim bildirir ki, bu gün də Qərbi azərbaycanlılar onlara qarşı törədilmiş ədalətsizliyi qəbul etmirlər. “Dədə-baba torpaqlarımızdan qovulmuş biz azərbaycanlıların sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəkləyirik. Çəkdiyimiz yurd nisgilinə son qoyulacağına, hüquqlarımızın bərpasına inanırıq”, - deyə Ceyran İbrahimova bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Hərbi qulluqçularımız Pakistanda keçirilən təlimlərdə uğurla iştirak ediblər

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Dosent: Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri