QƏTƏR ƏMİRİ ÖLKƏ TARİXİNDƏ İLK KONSTİTUSİYANIN MƏTNİNİ BƏYƏNMİŞDİR
Təxminən 800 min əhalisi olan əmirliyin Əsas qanununun layihəsi ötən ilin aprelində 70 min nəfərdən çox adamın iştirakı ilə keçirilən referendumda müzakirə edilmişdir. Sorğu iştirakçılarının böyük əksəriyyəti onu bəyənmişdir.
Daimi konstitusiyaya əsasən, dövlətin indiki məşvərətçi orqanı – Şura qanunverici orqan olacaqdır. O, dövlət büdcəsini təsdiqləyəcək və icra hakimiyyətinə nəzarət edəcəkdir. 45 deputatdan ibarət Şura üzvlərinin üçdə ikisi gizli səsvermə yolu ilə 4 il müddətinə seçiləcəkdir. Parlamentin qalan 15 üzvünü əmir təyin edəcəkdir.
Ölkənin ilk daimi konstitusiyası bir ildən, yəni Əsas qanunda nəzərdə tutulan bütün dövlət orqanları yaradıldıqdan sonra qüvvəyə minəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]