Qılıncoynadanımız Anna Başta dünya çempionatında mübarizəyə əsas mərhələdən qoşulacaq
Bakı, 25 iyul, AZƏRTAC
İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə dünya çempionatında qadınların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qrup mərhələsini uğurla adlayan Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviç ən güclü 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olaraq mübarizəni dayandırıblar.
Qadın sablyaçıların dünya reytinqində 7-ci olan Anna Başta mübarizəyə birbaşa əsas mərhələdən qoşulacaq.
Anna Başta ən güclü 32-liyə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada hindistanlı Anandha Çadalavada ilə qarşılaşacaq.
Kişi şpaqaçıların şəxsi yarışında ölkəmizi təmsil edən Ruslan Həsənov qrup mərhələsini adlayaraq ən güclü 64-lüyə kimi irəliləməyi bacarsa da, 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya təmsilçisi Marko Brinkmana 7:15 hesabı ilə uduzub.
Barat Quliyev isə mübarizəni qrup mərhələsində dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]