Qırğızıstanda koronavirusa yoluxanların sayı artır
Bişkek, 2 oktyabr, АZƏRTAC
Son günlər Qırğızıstanda COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Dünən yoluxma sayı 172 olmuşdusa, bu gün bu rəqəm 215-dir.
Pandemiya dövründə ölkədə koronavirusa yoluxanların sayı 47 min 56 nəfərə çatıb.
AZƏRTAC-ın məlumatına görə bu haqda Qırğızıstan Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, son sutkada COVID-19-dan 154 xəstə sağalıb və bu göstərici 47 min 56 nəfər təşkil edib.
Nazir müavini deyib ki, xəstəxanalarda 910 koronaviruslu pasiyent müalicə olunur. Onların 667-nin vəziyyəti orta ağır, 194-ü ağır, 16-sı çox ağırdır. Ev şəraitində isə 1489 pasiyent müalicə edilir.
Son sutkada virusa 28, epidemiya dövründə isə 3 min 294 tibb işçisi yoluxub.
Son gündə bu virusdan ölən olmayıb, dünyasını dəyişənlərin sayı 1065 nəfərdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]