Qırğızıstanın Baş naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
Bişkek, 11 mart, АZƏRTAC
Qırğızıstanın Baş naziri Uluqbek Maripov bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
AZƏRTAC Qırğızıstan Hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Baş nazir bildirib ki, bu il Qırğızıstanın Türkiyə ilə diplomatik münasibətlər qurmasının 30 ili tamam olur. Bu müddətdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin qurulması istiqamətində çox iş görülüb, bununla belə həyata keçiriləcək layihələr daha çoxdur.
Mövlud Çavuşoğlu bildirib ki, ölkələr arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Türkiyə Qırğızıstanla ikitərəfli əməkdaşlığın güclənməsində, konkret olaraq ticarət-iqtisadi sahədə əlaqələrin dərinləşməsində maraqlıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]