Qırğızıstanın Baş Naziri və parlamentin sədri istefa verib
Bişkek, 7 oktyabr, АZƏRTAC
Qırğızıstan parlamenti - Joqorku Keneşə keçirilən seçkilərin nəticələri ilə barışmayan siyasi partiyaların rəhbərləri və üzvləri ikinci gündür ki, Bişkekin mərkəzindəki Ala-Too meydanında çoxminli mitinq təşkil edib.
AZƏRTAC xəbər verir ki, nəticədə yeni seçilmiş parlament buraxılıb. Bu hadisələrin fonunda Qırğızıstanın Baş Naziri Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov istefa verib.
Joqorku Keneşin binası mitinqçilər tərəfindən tutulduğundan parlamentin növbədənkənar iclası “Dostuk” otelində keçirilib.
Deputatlar Sadır Japarovu Baş Nazir vəzifəsinin icraçısı, Maktıbek Abdıldayevi parlamentin sədri seçiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]