“Qırmızı kitab”ın üçüncü nəşrinə Kür siyənəyi və Volqa siyənəyi də əlavə olunub
Bakı, 13 may, AZƏRTAC
Mayın 22-də “Qırmızı kitab”ın üçüncü nəşrinin işıq üzü görməsi planlaşdırılır. “Qırmızı kitab”a düşən balıq növlərinin sayı da artıb. Bu nəşrə Kür siyənəyi və Volqa siyənəyi də əlavə olunub. “Qırmızı kitab”a düşən Xəzər qızılbalığı, qayabalığı, qızılı şirbit, Kür şirbitinin vəziyyəti heç də ürəkaçan deyil.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, dosent Süleyman Süleymanov deyib.
“Qırmızı kitab”a düşən balıqlardan biri olan dəniz sıfını görmək isə demək olar ki, qeyri-mümkündür. Qırx ilə yaxındır Xəzər dənizində tədqiqat aparsam da, hələ dəniz sıfına rast gəlməmişəm. “Qırmızı kitab”ın son nəşrinə daxil edilən Volqa siyənəyi ötən əsrin 40-50-ci illərində ovlamada birinci yer tuturdu, indi isə yoxdur. Həmin balıq növünü Rusiya da öz “Qırmızı kitabı”na daxil edib. Volqa siyənəyinin vətəni şimali Xəzərdir. Son 15 ildə cəmi 16 Volqa siyənəyinə rast gəlmişəm”, - deyə S.Süleymanov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]