QIŞLAQLARIN VƏ YAYLAQLARIN İDARƏ EDİLMƏSİ VƏ YAXŞILAŞDIRILMASINA DAİR LAYİHƏ HƏYATA KEÇİRİLƏCƏKDİR
Bakı, 15 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) BMT-nin İnkişaf proqramı ilə birgə qışlaqların və yaylaqların idarə edilməsi və yaxşılaşdırılmasına yönəlmiş yeni layihə həyata keçirəcəkdir.
Bu haqda mayın 15-də ETSN-də BMT-nin ekspertlərinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilmişdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkəmizdə yarımköçəri maldarlığın mövcud olduğunu, heyvanların yayda dağlara, qışda isə qışlaqlara aparıldığını vurğulamışdır. Normaya görə, Azərbaycanda hazırda qışlaqda 1,9 milyon, yaylaqda 2,8 milyon qoyun saxlamaq olar.
H.Bağırov qeyd etmişdir ki, qışlaqların, yaylaqların və meşələrin idarə olunması ilə bağlı Azərbaycanın bu sahədə mövcüd olan beynəlxalq təcrübədən istifadə etməyə ehtiyacı var.
BMT-nin ekspertləri Azərbaycanda ekologiyanın mühafizəsi sahəsində çox mühüm işlərin görüldüyünü bildirmişdir.
Ekspertlər bu sahədə Azərbaycanı dəstəklədiklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]