Qiymət manipulyasiyasına yol verən bazar subyektlərinə qarşı ciddi tədbirlər görüləcək
Bakı, 5 dekabr, AZƏRTAC
Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına) yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]