Qlobal istiləşmə virusları daha dayanıqlı edəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
Səthi sulara düşən enteroviruslar və başqa patogen viruslar yüksək temperatur, günəş işığı və digər mikrobların təsirindən öz fəaliyyətini itirə bilər. Bununla da onların xəstəliyi yaymaq qabiliyyəti azalır.
Lakin “Environmental Science & Technology” jurnalında öz tədqiqatlarını təqdim edən alimlər bildirirlər ki, qlobal istiləşmə virusların inkişafına şərait yarada, onları məlum dezinfeksiyaedici vasitələrə, o cümlədən xlora qarşı daha az həssas edə bilər.
Bu barədə AZƏRTAC “MedikForum” saytına istinadla bildirir.
Komanda günəş işığı imitasiyası ilə və ya ondan istifadə etmədən nümunələri göl suyunda kolbalarda 10 və 30 dərəcə temperaturda inkubasiya edərək, insanın enterovirusunun dörd müxtəlif populyasını yaradıb.
Sonra tədqiqatçılar günəş işığını və bakteriyaların mövcudluğunu imitasiya edərək virusları istinin təsirinə məruz qoyublar. Alimlər müəyyən ediblər ki, ilıq suya uyğunlaşdırılan viruslar soyuq suya uyğunlaşdıralan vurislarla müqayisədə istidə fəallığını itirməyə daha dayanıqlıdırlar.
İsti suya uyğunlaşdırılan viruslar sərin suya yerləşdirilərkən soyuq suya uyğunlaşdırılan ştammlara nisbətən daha uzun müddət fəal qalıblar. Bundan başqa onlar xlorun təsirinə daha dözümlü olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]