QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfərdə məqsəd Krallığın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak etməkdir.
Dekabrın 14-də keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu “Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası” mövzusuna həsr olunub.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edən şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]