Qoruqda narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 753 ədəd kol aşkarlanıb
Bakı, 30 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun “Narkotiklərlə mübarizəyə dair illik Tədbirlər Planı”na müvafiq olaraq yerli hüquq mühafizə orqanlarının nümayəndələrini və onların xüsusi texnikasını cəlb etməklə qoruğun ərazisində reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı xüsusi texnikanın - helikopter və çəkiliş aparan paraplanların köməyi ilə qoruğun Gərəkli sahəsinin mürəkkəb relyefli, uçqun meyilli ərazisində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 753 ədəd kol aşkarlanıb. Aşkar edilən kollar hüquq mühafizə orqanlarına təhvil verilib.
Hazırda qoruğun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]