Qrant ayrılmış özəl bağçalara qeydiyyat başlanıb
Bakı, 1 dekabr, AZƏRTAC
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş özəl bağçalara elektron portal üzərindən qeydiyyat prosesinə start verilib.
Valideynlərə www.bq.edu.az portalı vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə keçirilən qrant müsabiqəsində 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub və həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]