Qubada tullantı poliqonunda başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır
Quba, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada tullantıların toplandığı poliqonda yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dəvədabanı yaşayış massivində yerləşən poliqonda başlayan yanğın güclü külək səbəbindən qısa müddətdə 3 hektara qədər ərazini əhatə edib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının yaxınlığındakı meşə zolağına keçməsinin qarşısı alınıb.
Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]