Qubalı şəhid Musa Məhəmmədovun adını yeni doğulan qardaşı yaşadacaq
Quba, 22 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən müharibəsi şəhidi Musa Məhəmmədovun valideynlərinin əkiz körpələri doğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünyaya göz açan oğlan uşağına torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman qardaşının adı verilib. Musanın əkiz bacısının adı isə Alisadır.
Bu münasibətlə Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Quba Rayon Təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri rayonunun Zərdabi qəsəbəsindən yaşayan Bəhram və Rübabə Məhəmmədovların ailəsini ziyarət ediblər. Valideynlər təbrik olunub, körpələr üçün müxtəlif adda hədiyyələr təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]