Qurban Qurbanov: “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır
Bakı, 23 avqust, AZƏRTAC
"Olimpiya" ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyada "Olimpiya"ya qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Əlli bir yaşlı mütəxəssis bildirib ki, futbolçuların təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək: "Oyunçularım yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq".
Onun sözlərinə görə, "Olimpiya" yaxşı futbolçulardan ibarət komandadır: "Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik".
Qeyd edək ki, avqustun 24-də keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]