Qusar - Şahdağ yolunda iki avtomobil toqquşub, turistlər yaralanıb
Qusar, 27 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar - Şahdağ yolunda "Kia" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində maşınlarda olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan beş nəfəri Pakistan vətəndaşlarıdır.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.