“QUZĞUN” PYESİ SƏHNƏLƏŞDİRİLİR
Teatrın truppa müdiri Məmmədşah Atayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, əsas ideyası ali insan mənəviyyatı olan əsərin tərcüməçisi və quruluşçu rejissoru teatrın aktyoru Abbas Qəhrəmanov, quruluşçu rəssamı Kamal Şıxəliyev, musiqi tərtibatçısı Səbuhi Məmmədovdur.
Əsərdə əsas rolları xalq artisti Nurəddin Quliyev (Norando), əməkdar artistlər Sevinc Əliyeva (Cennaro), Telman Əliyev (Truffaldino), gənc aktyorlar Kazım Həsənquliyev (Milon), Şəhla İsmayılova (Armilla) və başqaları oynayacaqlar.
“Quzğun”un ilk tamaşası mayın əvvəllərində olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]