RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ İTALİYAYA YOLA DÜŞMÜŞDÜR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ayın 8-dək davam edəcək səfər zamanı Azərbaycan Respublikası hökuməti ilə İtaliya Respublikası arasında şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə saziş imzalanacaqdır.
Nazir Roma yaxınlığındakı texnoloji parkla tanış olacaq, İtaliyanın rabitə texnologiyaları sahəsində qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiq olunması üçün danışıqlar aparacaqdır. Sonra Ə.Abbasov Azərbaycan informasiya texnologiyaları sektoruna sərmayələrin cəlb olunması məqsədi ilə İtaliya Rabitə və İnformasiya Texnologiyaları Biznes Assosiasiyaları Federasiyasının prezidenti, baş direktoru və bu qurumun üzvü olan aparıcı şirkətlərin, korporasiyaların rəhbərləri ilə görüşəcəkdir. O, ölkəmizdə informasiya kommunikasiya texnologiyaları sahəsində aparılan islahatlar və həyata keçirilən işlər barədə həmkarlarına məlumat verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]