RABİTƏÇİLƏRİN BAYRAM TÖHFƏLƏRİ
Rabitə Nazirliyi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində daha bir neçə rabitə obyektini istifadəyə verəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bir neçə gündən sonra Qəbələ şəhərində 480 nömrəlik, Yevlax rayonunun Kövər kəndində 256 nömrəlik elektron avtomat telefon stansiyaları işə salınacaqdır. Yeni obyektlərlə bərabər, Abşeron mərkəzi və Masazır ATS-lərinin hərəsi 512 nömrə, Saray ATS-i 384 nömrə, Ceyranbatan ATS-i 128 nömrə genişləndiriləcəkdir. Kürdəmir rayonunun Şorşor, Masallı rayonunun Xışkədərə, Yeddioymaq kəndlərinin hər birində daha 100 ailənin mənzilində, Zaqatala rayonunun Suvagil, Makov, Gözbarax, Qax rayonunun Əlibəyli və Zəyəm kəndlərində 250 evdə telefonlar səslənəcəkdir. Rabitəçilər Qax rayonunun Meşəbəyli kəndində 100 nömrəlik, Xaçmaz rayonunun Bostançı kəndində 50 nömrəlik ATS-ləri işə salacaqlar.
Bayramlar ərəfəsində Bakıda ATS-45 8624 nömrə tutumlu elektron ATS-lə əvəz ediləcək, ATS 38/39, ATS 74/75-in xidmət göstərdiyi ərazilərdə daha 1024 mənzilə telefon çəkiləcəkdir.
Şəmkir və Tovuz rayonlarında “İpək yolu”nun üstündə yeni poçt şöbələrinin binaları da bayramlar ərəfəsində istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]