Radiasiya Problemləri İnstitutu alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 5 iyun, AZƏRTAC
Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının əməkdaşları - professor Rövşən Xəlilov və dosent Aygün Nəsibovanın həmmüəllifi olduğu məqalə "Web of Science" bazasında indeksləşən “Eurasian Chemical Communications” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, həmmüəlliflərin “Əncir (Ficus carica L.) yarpaqlarında EPR siqnallarının identifikasiyası” (Identification of the EPR signals of fig leaves (Ficus carica L.) adlı məqaləsi Abşeronun (Mərdəkan və Nardaran əraziləri) qiymətli bitkilərindən olan əncirin yarpaqları ilə aparılan araşdırmalar əsasında yazılıb.
Məqalədə qeyd edilir ki, biominerallaşma prosesi bitkilərdə biogen yolla dəmir oksidi maqnit nanohissəciklərinin yaranmasında, bioloji toxumalarda maqnetit kristalların formalaşmasında rol oynayır və radiasiya amillərinin bu effektə stimullaşdırıcı təsir göstərdiyi müəyyən edilib. Radiasiya amillərinin təsir effekti müxtəlif sahələrdə tətbiq olunan funksional dəmir oksidi nanohissəciklərin biosintezində istifadə edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]